Azərbaycan yığmasına yeni almaniyalı baş məşqçi təyin olunub

Azərbaycan yığmasına yeni almaniyalı baş məşqçi təyin olunub
# 18 sentyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. Akademik avarçəkmə üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, bundan sonra milli komandamızı almaniyalı Rüdiger Hauffe çalışdıracaq. Onunla 6 ay + 6 ay şərtinə uyğun müqavilə bağlanılıb.

52 yaşlı mütəxəssis bir neçə gün öncə Azərbaycana gələrək, ölkəmizin avarçəkmə infrastrukturu ilə tanış olub. O, sentyabrın 12-dən 14-dək Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində keçirilmiş akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyini izləyib. Hauffe vəzifəsinin icrasına rəsmən oktyabrın 1-dən başlayacaq.

1974-cü ildə gənclər arasında dünya çempionu olan Hauffe bundan 5 il sonra idmançı karyerasını bitirib və məşqçilik fəaliyyətinə start verib. O, Almaniyanın müxtəlif klublarının baş məşqçisi kimi yığmaya layiqli idmançılar hazırlayıb. Onun yetirmələrindən biri - Manuela Lutze 1988-ci il Seul Yay Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı olub.

Hauffe 2006-cı il avqustun 10-da İranın akademik avarçəkmə üzrə milli komandasına baş məşqçi təyin edilib. 2007-ci il mayın 1-dən etibarən isə İranın kişilərdən ibarət akademik avarçəkmə yığmasının məşqçisi vəzifəsində fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR