Azərbaycan yığması 2008-ci ili 17-ci pillədə başa vurdu

Azərbaycan yığması 2008-ci ili 17-ci pillədə başa vurdu
# 25 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Qılıncoynatma Federasiyası qadın sablyaçıların 2008-ci ildə son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərinin mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb.

Təmsilçilərimiz arasında ən yüksək göstərici yenə də Səbinə Əmrahzadəyə məxsusdur. O, 32 xalla 60-cı sıradakı mövqeyini qoruyub. Yığmamızın rusiyalı sabiq legioneri Janna Muradqızı (24 xal) 78-ci, Sevil Bünyatova (6 xal) 170-ci, hesabında xal olmayan Aidə Ələsgərova 318-ci yeri tutub.

Milli komandamız da yerində sayıb. Hesabında 91 xal olan yığmamız 33 kollektiv arasında 17-ci olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR