“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun qəbul ediləcək

“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun qəbul ediləcək
# 25 dekabr 2008 10:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə parlamentin Sosial siyasət məsələləri komissiyasının bugünkü iclasında bildirilib. Komissiyanın sədri Hadı Rəcəbli deyib ki, gələn il “Bədən tərbiyəsi və idman haqqında”, “Uşaq idmanı haqqında” qanunlar, o cümlədən yeni hazırlanan “Paralimpiya haqqında” qanun layihələri birləşdirilərək vahid sənəd kimi qəbul ediləcək. İclasda “Paralimpiya haqqında” qanun layihəsi də müzakirə olunub. Millət vəkilləri ölkədə paralimpiya hərəkatının yarandığını, Azərbaycan idmançılarının paralimpiya yarışlarında yüksək nəticələr göstərdiklərini qeyd ediblər. Komissiya üzvləri belə bir qanunun qəbulunun zəruri olduğunu bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR