İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib
# 26 dekabr 2008 11:57 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, dövlət başçısı MOK-da bu gün keçirilən hesabat-seçki konfransında bütün iştirakçıların səsini qazanıb.

Konfransda çıxış edən İlham Əliyev 2008-ci ilin nəticələrindən razı qaldığını vurğulayıb: “Pekin Yay Olimpiya Oyunlarında idmançılarımız 7 medal qazandılar. Bu yaxşı nəticədir, amma 2012-ci il London Olimpiadasında bundan da yaxşı göstəricilər olmalıdır. Medal qazanılmayan növlərdə problemləri analiz etmək, Londonda kəmiyyət və keyfiyyətdə irəliləyişə nail olmaq lazımdır”.

Tədbirdə 2004-08-ci illər üçün hesabat verilərkən bildirilib ki, 4 il ərzində MOK 5,2 milyon manatlıq büdcənin 4,7 milyon manatını xərcləyib. Həmçinin, konfransda İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Burada yeganə dəyişiklik Vasif Əliyevi “Neftçi” İSM-in rəhbəri Sadıq Sadıqovun əvəzləməsi olub.

Dövlət başçısı Azərbaycanın olimpiya çempionları – Rəfiqə Şabanova, Lyudmila Şubina, Nazim Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahəddinova, Fərid Mansurov və Elnur Məmmədliyə MOK-un xüsusi ordenlərini təqdim edib.

Qeyd edək ki, 1997-ci ildən MOK-a rəhbərlik edən İlham Əliyev quruma daha 8 illiyə seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR