Avropa çempionatının püşkatması Bakıda keçirləcək
15 yanvar 2009 08:04 (UTC +04:00)
Bakı – APA. Fevralın ortalarında birdən-birə iki iclas və 15-17 may 2009-cu ildə paytaxtda keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatının püşkatması Bakıda baş tutacaq. Apasport.az saytının məlumatına görə, Avropa Gimnastika İttifaqının direktoru Manfred Kuht və bu qurumun bədii gimnastika üzrə Texniki komitəsinin prezidenti Hayde Bruneder çempionatın Təşkilat komitəsinin iclasında iştirak edəcəklər. Müzakirələrin mövzusu iştirakçıların akkreditasiyası və yerləşdirilməsi, dopinq nəzarəti və teleyayım, idman kompleksinin təchizatı və çempionata hazırlıq zamanı hesabatlar, həmçinin digər məsələlər olacaqdır.
Bundan başqa, Bruneder Texniki komitənin iclasını keçirəcək, iclasın gedişində öz həmkarları ilə Avropa çempionatının cədvəlini, iştirakçıların və fəxri qonaqların gəliş günlərini təsdiq edəcək. Əsas diqqət turnirin formatına, gimnastların sayına və yeniyetmə qrup komandalarının heyətinə yönəldiləcək.
Nəhayət, əsas hadisə Texniki komitənin üzvlərinin keçirəcəyi Avropa çempionatının püşkatması olacaq. Yeri gəlmişkən, artıq Avropa çempionatının məlum olan 31 üzvünə, daha 3 ölkə qatılmışdır: İspaniya, Gürcüstan və Türkiyə. Beləliklə, 33 ölkənin gimnastları fərdi turnirdə, 19 komanda isə yeniyetmələrin qrup kollektivlərinin yarışında qüvvələrini sınayacaqlar.

Atletika
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024
Azərbaycanın Dünya Kubokunda iştirak edəcək gimnastları müəyyənləşib
16:08
16 aprel 2024