Dünya çempionu öz evində qətlə yetirilib

Dünya çempionu öz evində qətlə yetirilib
# 19 yanvar 2009 11:10 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Lvov vilayətinin Yavoriv şəhərində çəkic tullama üzrə dünya çempionu Yuri Zabolotnı öldürülüb. Apasport.az saytının məlumatına görə, iş adamı olan 53 yaşlı veteran idmançı öz evində bıçaqlanaraq, qətlə yetirilib. Artıq cinayəti törədənin şəxsiyyəti müəyyənləşib. Bu, Yavoriv sakini, həyatının 20 ilini dəmir barmaqlıqlar arxasında keçirmiş Vyaçevlav V. adlı şəxsdir.
Hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, Vyaçevlav V. Zabolotnının evinə gələrək, ondan narkotikaya görə, pul tələb edib. Qarşı tərəfin imtinasından sonra qatil dünya çempionuna bıçaqla zərbə endirib. Hadisə yerinə gələn həkimlərin cəhdləri isə nəticəsiz qalıb.
Hazırda V.-nın həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Xatırladaq ki, 58 yaşlı qatilə vaxtilə qarətçilik, soyğunçuluq, narkotik maddələrin ticarəti maddələri əsasında cəza kəsilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR