Azərbaycan idmançıları referendumla bağlı təşəbbüs qrupu yaradıblar

Azərbaycan idmançıları referendumla bağlı təşəbbüs qrupu yaradıblar
# 19 yanvar 2009 13:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklikləri dəstəkləyən daha bir təşəbbüs qrupu yaradılıb. APA-nın məlumatına görə, Azərbaycan idmançılarının və gənclər təşkilatlarının iştirakı ilə bu gün “Gələcəyə yol” təşəbbüs qrupunun iclası keçirilib. İclasda çıxış edən olimpiya çempionu Elnur Məmmədli Azərbaycan idmançılarının və gənclərinin Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəklədiklərini, bununla bağlı təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün təşviqat qrupu yaratmaq qərarına gəldiklərini qeyd edib. Toplantıda qurumun 25 təmsilçisi müəyyənləşib, Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilib. E. Məmmədli yekdilliklə təşəbbüs qrupunun sədri seçilib. İclasda bildirilib ki, qısa müddətdə təşəbbüs qrupunun yaradılması ilə bağlı MSK-ya bildiriş təqdim olunacaq və seçici imzalarının toplanmasına başlanılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı martın 18-də referendum keçiriləcək. Seçki Məcəlləsinə görə, referendumun subyekti yalnız təşviqat qrupları ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR