İlqar Rəhimov üçüncü dəfə Milli Paralimpiya Komitəsinin prezidenti seçiləcək

İlqar Rəhimov üçüncü dəfə Milli Paralimpiya Komitəsinin prezidenti seçiləcək
# 26 yanvar 2009 13:33 (UTC +04:00)
Bakı – APA. Sabah Milli Paralimpiya Komitəsinin (MPK) III hesabat-seçki konfransı keçiriləcək. Bu haqda apasport.az saytına MPK-nın mətbuat katibi İlham Təhməzov məlumat verib. Onun sözlərinə görə, tədbirdə son 4 il üçün hesabat dinləniləcək, daha sonra prezident, vitse-prezident, baş katib və İcraiyyə Komitəsinə seçkilər olacaq.

Təhməzov bildirib ki, MPK-nın prezidenti postuna yalnız qurumun indiki rəhbəri İlqar Rəhimovun namizədliyi qeydə alınıb. Bu isə sabah Rəhimovun 3-cü dəfə ardıcıl prezident seçiləcəyini deməyə əsas verir. O, MPK yaranan vaxtdan, yəni 1997-ci ildən bəri komitəyə başçılıq edir.

Sabah, həmçinin Ziyadxan Kərimovun vitse-prezident, Afiq Süleymanovun isə baş katib vəzifəsinə yenidən seçiləcəkləri gözlənilir. Hesabat-seçki konfransı Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR