Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini verəcək

Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini verəcək
# 30 yanvar 2009 15:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir bununla bağlı hələlik real işlərə başlanılmadığını söyləyib: “Olimpiada keçirmək məqsədilə namizədliyimizi mütləq irəli sürəcəyik. Amma bu istiqamətdə real iş görmək hələlik tezdir. Çünki 2016-cı il olimpiadasının ev sahibinin adı bu ilin sentyabrında Kopenhagendə açıqlanacaq. Bundan dərhal sonra işə başlayacağıq”.

A. Rəhimov 2020-ci il yay olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyin irəli sürülməsindən ötrü Bakı şəhər rəhbərliyinin qərarının vacib olduğunu söyləyib: “Təbii ki, bununla bağlı paytaxt rəhbərliyi qərar çıxarmalıdır. Şəhər rəhbərliyi qərar verərsə, biz də bunu dəstəkləyəcəyik”.

Qeyd edək ki, Azərbaycan 2016-cı il olimpiadasına ev sahibliyi etmək üçün də namizədliyini vermişdi. Lakin Bakı seçmə mərhələnin ilk mərhələsində uduzaraq, XXXI Olimpiadanı keçirmək şansını itirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR