Bədii gimnastika üzrə sayca XVI Bakı birinciliyinə start verilib

Bədii gimnastika üzrə sayca XVI Bakı birinciliyinə start verilib
# 06 fevral 2009 15:25 (UTC +04:00)
Bakı – APA. Bu gün Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə sayca XVI Bakı birinciliyinə start verilib. APA-nın məlumatına görə, yarışda “Neftçi” İdman-Sağlamlıq Mərkəzi, Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və Həmkarlar İttifaqının idmançıları mübarizə aparırlar.
Çempionatda 3 yaş qrupunda 1995-97-ci, 1998-99-ci və 2000-01-ci il təvəllüdlü gimnastlar qüvvələrini sınayırlar. Paytaxt birinciliyinə Gəncənin 8 təmsilçisi müsabiqədənkənar qatılıb.
Sabah başa çatacaq yarış bu ilin aprelində keçiriləcək Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR