Astara Olimpiya İdman Kompleksi bu ilin ortalarında istifadəyə veriləcək

Astara Olimpiya İdman Kompleksi bu ilin ortalarında istifadəyə veriləcək
# 10 fevral 2009 07:29 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. Tikintisinə 2007-ci ildə başlanan Astara Olimpiya İdman Kompleksi bu ilin ortalarında istifadəyə veriləcək. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Məlumata görə, 160-dək ixtisaslı mütəxəssisin və fəhlənin çalışdığı və 5 hektar ərazini əhatə edən obyektdə idmanın bütün növləri ilə məşğul olmaq imkanı yaradılacaq. Burada həmçinin hər biri dörd nəfərlik olmaqla yeddi kottec və uzunluğu 51, eni 31 metrlik nəhəng hovuz da inşa olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR