Avropa Atletika Assosiasiyasının prezidenti vəfat edib

Avropa Atletika Assosiasiyasının prezidenti vəfat edib
# 20 iyun 2020 21:15 (UTC +04:00)

Avropa Atletika Assosiasiyasının (European Athletics) prezidenti Sven-Arne Hansen vəfat edib.

Apasport.az saytının məlumatına görə, norveçli mütəxəssis 75 yaşında ölüb.

Son vaxtlar sağlamlığında problemlər olan skandinaviyalı üç ay öncə insult keçirib. Həmin vaxt onun koronavirus testi də mənfi nəticə verib.

2015-ci ildən European Athleticsə rəhbərlik edən Hansen bundan əvvəl Norveç Atletika Assosiasiyasının prezidenti olub. O, 2003-15-ci illərdə bu quruma rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR