Azərbaycan ağırlıqqaldıranı Belarusda qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Belarusda qızıl medal qazanıb
# 02 noyabr 2019 21:54 (UTC +04:00)

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından APA-ya verilən məlumata görə, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Atlet toplam 215 kq (95+120) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Noyabrın 5-dək davam edəcək yarışda Nailxan Nəbiyev də qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR