Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya olunub

Boyanka Kostova

© APA | Boyanka Kostova

# 21 may 2021 17:08 (UTC +04:00)

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) məlumat yayıb.

Atletlə bağlı qərarı Beynəlxalq Testləşdirmə Agentliyi (İTA) verib. Qurumun İWF adından belə addım atmasına səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.

2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş stanozolol steroid metaboliti aşkarlanıb.

Boyanka testin nəticəsi və müvəqqəti diskvalifikasiya barədə məlumatlandırılıb. O, B probun yoxlanılması üçün müraciət etmək hüququna malikdir.

Əgər Kostovanın günahkar olduğu təsdiqlənsə, bu, idmançının ikinci belə qayda pozuntusu olacaq. Bolqarıstanlı idmançı 2016-cı il iyunun 10-dan 2018-ci ilin eyni tarixinədək 2 illik diskvalifikasiya yaşayıb. Həmin vaxt buna deqidroxlormetil-testosteron səbəb olub. Məsələ ilə bağlı araşdırmaları aparılır və idmançının taleyinə yekun qərar veriləndən sonra tam aydınlıq gələcək.

Qeyd edək ki, Boyanka 2015-ci ildə dünya, 2012-ci, 2015-ci, 2016-cı və 2021-ci illərdə Avropa çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR