Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar
# 23 sentyabr 2019 21:24 (UTC +04:00)

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Tailandın Patitaya şəhərində keçirilən dünya çempionatında çıxışını başa vurub.

APA-nın məlumatına görə, mundiala yığmanın heyətində son olaraq körpücük üzərinə Nailxan Nəbiyev çıxıb.

O, 96 kq çəki dərəcəsinin D qrupunda mübarizəyə qoşulub.
İdmançı toplam 338 kq (147+191) nəticə ilə bu qrupda 3-cü yeri tutub. N. Nəbiyevin yekun sıralamadakı yeri C, B və A qrupundakı mübarizə başa çatandan sonra məlum olacaq.

Qeyd edək ki, dünya çempionatına 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) qatılıb. Azərbaycanın 3 idmançı ilə yollandığı yarışda B. Kostova (59 kq) çıxışını uğursuz bitirmişdisə, Səbinə Əzimova (55 kq) C qrupunda 4-cü olub. Yarış isə sentyabrın 27-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR