Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb
# 11 iyul 2019 00:38 (UTC +04:00)

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan yığması daha bir medal qazanıb.

APA-nın məlumatına görə, atlet Nazim Babayev 3 təkanla tullanma yarışında çempion tituluna yiyələnib.

O, 16,89 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub.

Bununla da Azərbaycan yığmasının hesabındakı mükafat 4-ə çatıb. N. Babayevdən öncə idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə milli bürünc mükafat qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR