Azərbaycan millisi “Alexander Cup” turnirini 2 medalla başa vurub

Azərbaycan millisi “Alexander Cup” turnirini 2 medalla başa vurub
# 03 noyabr 2019 22:05 (UTC +04:00)

Ağır atletika üzrə Azərbaycan millisi Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq “Alexander Cup” turnirdə daha bir medal qazanıb.

APA-nın məlumatına görə, Boyanka Kostovanın ardınca Nailxan Nəbiyev də fəxri kürsüyə yüksəlib.

96 kq çəki dərəcəsində qüvvəsini sınayan milli üzvü gümüş medala sahib olub. O, toplam 326 kq (145+181) nəticə göstərib.

Bununla da, Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli yarışı iki mükafatla başa vurub. N. Nəbiyevdən öncə B. Kostova çempion adına sahib olub.

Qeyd edək ki, sabah yekunlaşacaq turnirə 18 ölkədən 80 atlet qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR