Efiopiyalı idmançı 10 000 m məsafəyə qaçış üzrə dünya rekordunu təzələyib

Efiopiya idmançısı Letesenbet Gidey

© APA | Efiopiya idmançısı Letesenbet Gidey

# 09 iyun 2021 07:37 (UTC +04:00)

Efiopiya idmançısı Letesenbet Gidey Niderlandda keçirilən turnirdə 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.

APA TASS-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edərək niderlandlı Sifan Hassanın 5 iyun tarixində əldə etdiyi nailiyyəti üstələyib.

“Dünya rekordunu təzələyəcəyimə ümid edirdim. Əlbəttə ki, növbəti dəfə rekordumu qırmağa çalışacağam və 29 dəqiqəyə qaçışı bitirəcəm”, - Gedey belə deyib.

23 yaşlı idmançı dünya çempionatının gümüş medalçısıdır. Onun dünya kross çempionatında beş qızıl və bir gümüş medalı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR