İqor Jdanov: “Azərbaycanla Ukraynanın idman sahəsində sıx əlaqələri var”

İqor Jdanov: “Azərbaycanla Ukraynanın idman sahəsində sıx əlaqələri var”
# 22 iyul 2019 14:39 (UTC +04:00)

Bu gün Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sənədi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və onun ukraynalı həmkarı İqor Jdanov imzalayıb.

Qarşılıqlı anlaşma Memorandumu çərçivəsində iki ildə bir dəfə imzalanan Əməkdaşlıq Proqramı Azərbaycan ilə Ukrayna arasında bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyəti konkretləşdirir.

İ. Jdanov bildirib ki, Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub.

Nazir deyib ki, idman sahəsində ölkələr arasında çoxdan bəri sıx əlaqələr mövcuddur və bu əlaqələr bundan sonra da inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR