Sebastyan Kou yenidən İAAF-ın prezidenti seçilib

Sebastyan Kou yenidən İAAF-ın prezidenti seçilib
# 25 sentyabr 2019 12:51 (UTC +04:00)

İAAF-nın prezidenti postuna seçkilər keçirilib.

APA-ının məlumatına görə, böyük britaniyalı Sebastyan Kou yenidən qurumun başçısı seçilib.

O, Qətərin paytaxtı Dohada keçirilən İAAF-ın konqresində posta yeganə namizəd olub. S. Kou yekdilliklə quruma prezident seçilib və daha 4 il eyni vəzifəni icra edəcək.

Qeyd edək ki, böyük britaniyalı sabiq atlet 2015-ci ildə bu postda seneqallı Lamin Diakı əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR