Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb
# 04 aprel 2018 14:04 (UTC +04:00)

Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 12-15-də Bakıda keçiriləcək Avropa çempionatına yığmamız 11 idmançı ilə qatılacaq.

Belə ki, məşqçilər korpusu yarışda İlya Qrişunin, Ruslan Ağamirov, Riyad Abbasov, Veronika Zemlianaya, Svetlana Makştarova, Tofiq Əliyev, Selcan Məsudova, Mixail Malkin, Fərid Mustafayev, Adil Hacızadə və Elnur Məmmədova şans verəcək.

Yarışda ümumilikdə isə 25 ölkədən 400-dən artıq gimnastın iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR