Fettel Kanada Qran-Prisinin qalibi olub

Fettel Kanada Qran-Prisinin qalibi olub
# 10 iyun 2018 23:30 (UTC +04:00)

“Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel  “Formula-1” Kanada Qran-Prisinin qalibi olub.

 

APA-nın xəbərinə görə, finlandiyalı Valtteri Bottas  (“Mercedes”)  ikinci, “Red Bull” komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yerin sahibi olub.

 

Karyerasında 50-ci qələbəni qazanan S.Fettel “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton ümumi hesabda qabaqlayıb. Hazırda S.Fettelin 121, Kanada Qran-Prisində 5-ci yerlə kifayətlənməli olan  L.Hemiltonun isə 120 xalı var.

 

Qeyd edək ki, Sebastyan Fettel “Formula-1” yarışlarının 4 qat qalibidir.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR