FHN-nin çoxnövçülük üzrə keçirdiyi çempionat başa çatıb

FHN-nin çoxnövçülük üzrə keçirdiyi çempionat başa çatıb
# 23 fevral 2018 12:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar çoxnövçülük üzrə keçirdiyi çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində baş tutan yarışda 15 komandanın 60-a yaxın əməkdaşı mübarizə aparıb.

2 gün davam edən çempionatda 100 m, 1000 m məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, həmçinin yadro itələmə növlərində həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib.

Şəxsi yarışda çempion adına Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti) yiyələnib. İkinci yeri Rəvan Muradov (Bakı Regional Mərkəzi), üçüncü pilləni Mirzə Hüseynzadə (Kiçik Gəmilərə Nəzarət Sularda Xilasetmə Dövlət Agentliyi) tutub.

Komanda hesabında isə Dövlət Yanğından Mühafizə Xidməti bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara Gəncə Regional Mərkəzi sahib olduğu halda, “üçlüy”ü FHN-nin Akademiyasının üzvləri qapayıb.

Sonda fərqlənənlər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR