Hemilton Macarıstan Qran-Prisinin qalibi olub

Hemilton Macarıstan Qran-Prisinin qalibi olub
# 29 iyul 2018 18:08 (UTC +04:00)

“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” Macarıstan Qran-Prisinin qalibi olub.

 

APA-nın xəbərinə görə, almaniyalı Sebastyan Fettel (“Ferrari”)  ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykonen isə üçüncü yerin sahibi olub.

 

S.Hemilton ümumi hesabda da  liderliyini qoruyub  -  213 xal. 2-ci yerdə S.Fettel (189), 3-cü pillədə  isə K.Raykonen (146) qərarlaşıb. "Formula-1"in növbəti mərhələsi avqustun 28-də Belçikada keçiriləcək.

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR