Millimiz Dünya Kubokuna 3 idmançı ilə yollanır

Millimiz Dünya Kubokuna 3 idmançı ilə yollanır
# 18 may 2018 11:18 (UTC +04:00)

Mayın 22-29-da Almaniyanın paytaxtı Münhendə güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.

Dünya Kubokunda ölkəmizi Jalə Bayramova, Ruslan Lunyov və Nigar Nəsibova təmsil edəcəklər. Onlar 10 m və 25 m məsafələrə atəşaçma yarışlarında hədəf önünə keçəcəklər.

Yarışa ümumilikdə 85 ölkədə 823 snayper qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR