Rikkardo Monako Qran-Prisinin qalibi olub

Rikkardo Monako Qran-Prisinin qalibi olub
# 27 may 2018 18:06 (UTC +04:00)

“Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo “Formula-1” Monako Qran-Prisinin qalibi olub.

APA-nın xəbərinə görə, almaniyalı Sebastyan Fettel (“Ferrari”) ikinci, “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, S.Hemilton ümumi hesabda liderliyi qoruyub - 110 xal. 2-ci yerdə S.Fetttel (96), 3-cü pillədə isə D. Rikkardo (72) qərarlaşıb.

"Formula-1"in növbəti mərhələsi iyunda Kanadada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR