AB Şurası miqrantlarla əlaqədar təcili iclas keçirəcək

AB Şurası miqrantlarla əlaqədar təcili iclas keçirəcək
# 03 mart 2020 08:24 (UTC +04:00)

Avropa Birliyinə 27 üzv ölkənin daxili işlər nazirləri Türkiyədən gələn miqrant axını ilə əlaqədar martın 4-də Brüsseldə təcili iclas keçirəcəklər.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa mənbələrindən bildirilib.

Nazirlərin Ankaranın dəniz və ya quru yolu ilə Avropaya daxil olmaq istəyən suriyalı qaçqınları dayandırmamaq qərarını müzakirə edəcəyi gözlənilir. Mənbənin məlumatına görə, eyni zamanda Yunanıstan və Bolqarıstana AB-nin xarici sərhədində patrul xidmətinin təşkilinə kömək imkanları nəzərdən keçiriləcək.

Xatırladaq ki, ötən həftənin cümə axşamından cümə gününə keçən gecə İdlibdə 36 türk əsgərinin şəhid olmasından sonra rəsmi Ankara fevralın 28-də Avropaya dəniz və ya quru yolu ilə getməyə çalışan suriyalı qaçqınları dayandırmamaq haqda qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR