ABŞ hərbi gəmilərini Qara dənizə göndərəcəyi barədə Türkiyəni məlumatlandırıb

ABŞ hərbi gəmilərini Qara dənizə göndərəcəyi barədə Türkiyəni məlumatlandırıb
# 09 aprel 2021 15:30 (UTC +04:00)

ABŞ hərbi gəmilərini gələn həftə Qara dənizə göndərəcək.

APA-nın yerli bürosunun CNN Türk-ə istinadən verdiyi xəbərə görə, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxışı üçün Türkiyəni məlumatlandırıb.

Bildirilib ki, gəmilər Montrö sazişinin tələbləri çərçivəsində may ayının 4-nə qədər Qara dənizdə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR