ABŞ təlimlər zamanı onlarla qırıcı təyyarələrini Polşaya göndərib

ABŞ təlimlər zamanı onlarla qırıcı təyyarələrini Polşaya göndərib
# 20 aprel 2021 04:34 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təlim çərçivəsində onlarla qırıcı təyyarələrini Polşaya gönədərib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak “Twitter”də açıqlama verib.

“Bu gün bir neçə ABŞ F-15 və F-16 təyyarələri Polşaya gətirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı, xüsusi olaraq Polşa hava limanlarından istifadə etməklə hərbi hava qüvvələrinin sürətli olaraq Avropada yerləşdirilməsini həyata keçirir”, - deyə nazir yazıb.

Onun sözlərinə görə, birgə təlimlər Mərkəzi və Şərqi Avropa bölgələrinin təhlükəsizliyini gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR