Aİ: ABŞ-ın ÜST-ün maliyyələşdirilməsini dayandırmasına heç bir səbəb yoxdur

#
# 14:06
15 aprel 2020

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırmaq qərarından dərin təəssüf hissi keçirirəm”.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Koronavirus pandemiyasını nəzarətə almaq və azaltmağa kömək etmək üçün göstərilən səylərə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bu hərəkəti əsaslandıran, ona haqq qazandıran heç bir səbəb yoxdur. Yalnız gücləri birləşdirərək biz heç bir sərhəd tanımayan bu böhranı aradan qaldıra bilərik”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ə maliyyə yardımının dayandırılacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR