Aİ Şurası Prezidenti Zelenski və NATO Baş katibi ilə son vəziyyəti müzakirə edib

Aİ Şurası Prezidenti Zelenski və NATO Baş katibi ilə son vəziyyəti müzakirə edib
# 15 aprel 2021 16:46 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Ş. Mişel “Twitter”də bildirib.

“Bu gün Prezident Zelenski və NATO Baş katibi Stoltenberqlə telefon danışıqlarım zamanı Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi heyətinin artmasını dərin narahatlıqla müzakirə etdik. Aİ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyində qətiyyətlidir”, - deyə Ş. Mişel vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR