Aİ Şurasının Prezidenti və Putin arasında telefon danışığı olub

Aİ Şurasının Prezidenti və Putin arasında telefon danışığı olub
# 05 mart 2020 16:29 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Şarl Mişel "Twitter"də bildirib.

"Rusiya Prezidenti Putinlə söhbətimdə İdlibdə davamlı atəşkəsin və Suriyada müharibənin başa çatması üçün danışıqlar yolu ilə siyasi həllin zəruriliyini vurğuladım. Suriyalı mülki insanların əzablarına son verilməlidir", - deyə Aİ Şurasının Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR