Aİ: Terrorçular pandemiyadan istifadə edərək xəstəxanalara hücum edə bilərlər

Aİ: Terrorçular pandemiyadan istifadə edərək xəstəxanalara hücum edə bilərlər
# 13 may 2020 17:01 (UTC +04:00)

Sağçı ekstremistlər və radikal islamçılar yeni növ koronavirus (COVID-19) pandemiyasından istifadə edərək tibb işçilərinə və xəstəxanalara hücum edə bilərlər.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) Terrorizmlə Mübarizə Koordinatoru Gilles de Kerçove Aİ-yə üzv ölkələrə göndərdiyi xəbərdarlıq sənədində bildirib.

Aİ rəsmisi deyib ki, ekstremistlər tibb işçilərinə hücum təşkil etməklə cəmiyyətdə sarsıntı yaratmaq niyyətindədirlər.

Gilles de Kerçove mart ayında ABŞ-ın Federal Təhqiqat Bürosunun sağçı ekstremistin COVID-19 virusundan müalicə olunanların xəstələrin qaldığı xəstəxananı partlatmaq istəyərkən həbs edildiyini xatırladıb.

Onun sözlərinə görə, terrorçular cəmiyyətləri və hökumət sistemlərini şiddət yolu ilə dəyişməyi hədəfləyərkən məqsədlərinə çatmaq üçün böyük böhranlardan istifadə etməyə çalışır.

Aİ-nin Terrorizmlə Mübarizə Koordinatoru İŞİD-in ABŞ-ın İraqa hücumundan sonra meydana çıxdığını və “Ərəb baharı” zamanı gücləndiyini vurğulayıb.

“Avropada solçu ekstremistlər pandemiyaya xüsusi diqqət yetirirlər, onlar səhiyyə xidmətlərini maliyyələşdirmədiyi üçün hökumətləri və bütövlükdə kapitalist sistemini günahlandırırlar”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR