Aİ iyulun 1-dən sərhədlərini qismən açacaq

Aİ iyulun 1-dən sərhədlərini qismən açacaq
# 11 iyun 2020 15:07 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) iyulun 1-dən sərhədlərini xarici vətəndaşlara qismən açacaq.

APA-nın "euronews"a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyası bununla bağlı üzv ölkələrə çağırış edib.

Avropa Komissiyası üzv ölkələrdən, Aİ-yə üzv olmayan ölkələrin siyahısı barədə razılığa gəlməyi tapşırıb. Bu ölkələrin vətəndaşları iyulun 1-dən etibarən Aİ ölkələrinə səyahət edə biləcək.

“Beynəlxalq səyahət turizm və biznes üçün, həmçinin ailələr və dostların bir araya gəlməsi üçün çox vacibdir”, - deyə Avropa Daxili İşlər Komissarı Ylva Johansson vurğulayıb.

Qadağalarla bağlı istisnalar tələbələrə, təşkilata üzv ölkələrdən hər hansı birində yaşayan, lakin Aİ-yə üzv olmayan ölkənin vətəndaşlarına və yüksək ixtisaslı işçilərə tətbiq ediləcək.

İyunun 15-dən etibarən isə Aİ-yə üzv 27 ölkə arasında sərhədlər açılacaq.

Avropa Komissiyası səyahətlə bağlı Albaniya, Bosniya və Hersoqovina, Kosova, Monteneqro, Şimali Makedoniya və Serbiyaya tətbiq olunan qadağaları aradan qaldırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR