Aİ koronavirusa qarşı dərmanın satışına icazə verəcək

#
# 13:05
18 may 2020

Avropa İttifaqının (Aİ) Dərman Agentliyi “Remdesivir” dərman vasitəsinin yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadəsinə icazə verəcək.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Agentliyin rəhbəri Guido Rasi Aİ Parlamentində çıxışında bildirib. 

O qeyd edib ki, yaxın günlərdə dərman vasitəsinin satışına icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR