Aİ və Britaniyanın imzaladığı Ticarət və Əməkdaşlıq sazişi mayın 1-dən qüvvəyə minəcək

#
# 16:08
29 aprel 2021

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya arasında imzalanmış Ticarət və Əməkdaşlıq sazişinin qüvvəyə minəcəyi tarix açıqlanıb.

APA-nın xəbərinə görə, bu gün Aİ Şurası Ticarət və Əməkdaşlıq və İnformasiya sazişlərinin yekunu ilə bağlı qərar qəbul edib.

Bu, sazişlərin ratifikasiyasında sonuncu addımdır. Artıq Aİ Britaniyaya daxili prosedurların yekunlaşması barədə bildiriş göndərəcək.

Sazişlər mayın 1-dən qüvvəyə minəcək. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR