ATƏT baş katibi Tomas Qreminger koronavirusla əlaqədar göstəriş verib

ATƏT baş katibi Tomas Qreminger koronavirusla əlaqədar göstəriş verib
# 13 mart 2020 19:59 (UTC +04:00)

"COVID-19la əlaqədar ATƏT baş katibi Tomas Qreminger göstəriş verib.

APA-nın xəbərinə görə, bu barədə Tomas Qreminger "Twitter"də qeyd edib. O bildirib ki, sağlamlıq və təhlükəsizlik hər zaman birinci yerdədir: "Mən martın 16-dan aprelin 3-dək ATƏT Katibliyinin işçilərinin evdən öz fəaliyyətlərinə davam etmələrini xahiş etdim. Bu, Avstriya hökumətinin "COVİD-19" təlimatına uyğundur. Bu zaman mümkün qədər işimizdəki çatışmazlığı minimuma endirməyi hədəfləyirik", ATƏT baş katibi qeyd edib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"u pandemiya elan edib. Bir sıra ölkələr fövqəladə vəziyyət rejiminə keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR