Almaniya Aleksey Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bildirib

Almaniya Aleksey Navalnıya tibbi yardım göstərməyə hazır olduğunu bildirib
# 21 avqust 2020 00:06 (UTC +04:00)

“Almaniya Aleksey Navalnı ətrafındakı vəziyyətin müəyyənləşdirilməsini zəruri hesab edir, ancaq ona tibbi yardım göstərməyə də hazırdır”.

APA “TASS”-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Breqanson buxtasında Fransa prezidenti Emmanuel Makronla aparılan danışıqlardan sonra səsləndirib.

“Fransaya aid olan eyni şey Almaniyaya da aiddir – biz Almaniya xəstəxanalarında da tibbi yardım göstərilməsinə hazırıq”, - Merkel belə deyib. Onun sözlərinə görə, bunun üçün Rusiyanın müraciət etməsi vacibdir.

“Belə bir vəziyyətin necə baş verdiyi təcili aydınlaşdırılmalıdır. Biz bunda israr edəcəyik”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, rusiyalı müxalifət lideri, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. Hazırda o, koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR