Almaniya COVID-19-u nəzarətdə saxlamaq üçün ölkə üzrə qapanma tətbiq etməyəcək

Almaniya COVID-19-u nəzarətdə saxlamaq üçün ölkə üzrə qapanma tətbiq etməyəcək
# 02 sentyabr 2020 15:14 (UTC +04:00)

Almaniya koronavirus pandemiyasını nəzarətdə saxlamaq üçün bütün ölkəni əhatə edən qapanma tətbiq etməyəcək.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Spahn mətbuat konfransında deyib.

O, infeksiyaya yoluxma sayının artmasına baxmayaraq, COVID-19-u nəzarətdə saxlamaq üçün ölkənin qışda ümummilli qapanmaya ehtiyac duymayacağını bildirib.

Nazir deyib ki, tədqiqatçılar, siyasətçilər hər gün virus haqqında daha çox öyrənir. "Mart ayında tətbiq olunan qapanma tam zamanında cəmiyyətdə həssas qrupları qorumaq üçün verilən doğru bir qərar idi, lakin buna yenidən ehtiyac olmayacaq. Qapanmanı ümumilikdə ölkə üzrə etməyimizə ehtiyac olmayacaq", nazir əlavə edib.

O, bölgədəki səlahiyyətlilərin epidemiya ilə mübarizə apara biləcəyini deyib: "Biz payıza və qışa inamla gedə bilərik".

Almaniyanın Səhiyyə naziri qayğı evlərinə ziyarət qadağalarının yenidən tətbiq edilməsinə ehtiyac olmayacağını söyləyib. Lakin nazir vətəndaşları diqqətli olmağa, müvafiq qaydalara əməl etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR