Almaniya, Fransa və Britaniya İrana qarşı sanksiyaların yenidən tətbiqi ilə bağlı ABŞ-ın təklifini dəstəkləməyiblər

Almaniya, Fransa və Britaniya İrana qarşı sanksiyaların yenidən tətbiqi ilə bağlı ABŞ-ın təklifini dəstəkləməyiblər
# 21 avqust 2020 01:21 (UTC +04:00)

Almaniya, Fransa və Birləşmiş Krallıq İrana qarşı sanksiyaların bərpası ilə bağlı ABŞ-ın müraciətini dəstəkləmədiklərini bəyan ediblər.

APA-nın Almaniya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə bu ölkələrin XİN başçıları birgə bəyanat yayıblar.

"Avqustun 20-də ABŞ BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planında iştirakçı olan ölkənin İrana qarşı 2015-ci ildə qaldırılan çoxtərəfli sanksiyaların yenidən tətbiqinə imkan verən və BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun olan "snapback" (qəfil bərpa) mexanizmini işə salmağı istəyib.

Fransa, Almaniya və Birləşmiş Krallıq bəyan edir ki, ABŞ 2018-ci ilinin may ayının 8-də nüvə sazişindən geri çəkildikdən sonra artıq bu razılaşmada iştirakçı tərəf deyil. Bizim bu məsələ ilə bağlı mövqeyimiz həm prezidentliyə, həm də BMT TŞ-nin üzvlərinə açıq şəkildə ifadə edilib. Biz Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləməyə yönəlmiş mövcud səylərmizlə uzlaşmayan bu addımı dəstəkləmirik.

Fransa, Almaniya, və Birləşmiş Krallıq çoxtərəfliliyin əsasını təşkil edən proses və institutların qorunmasına sadiq olaraq qalır.

BMT Təhlükəsizlik Şurasının nüfuzunu və bütövlüyünü qorumaq məqsədini rəhbər tuturuq. Bütün BMT TŞ üzvlərini TŞ-də fikir ayrılıqlarını dərinləşdirən və ya onun işində ciddi mənfi nəticələrə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.

ABŞ-ın razılaşmadan geri çəkilməsinin səbəb olduğu ciddi çətinliklərə baxmayaraq, biz Hərtərəfli Birgə Fəaliyyət Planına sadiq qalırıq. İnanırıq ki, razılaşmanın iştirakçıları arasında dialoq, o cümlədən Birgə Komissiya və mübahisələrin həlli mexanizmindən istifadə etməklə İranın razılaşmadakı öhdəliklərinə sistemli şəkildə əməl etməməsi problemini həll etməliyik. Razılaşmanı qorumaq üçün İranı nüvə öhdəliklərinə uyğun olmayan bütün atılan addımları ləğv etməyə çağırırıq", - deyə Almaniya, Fransa və Böyük Britaniyanın birgə bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR