Almaniya XİN: Navalnıya sui-qəsd cəhdi sübuta yetirilərsə, bunun Rusiya üçün diplomatik nəticələri olacaq

Almaniya XİN: Navalnıya sui-qəsd cəhdi sübuta yetirilərsə, bunun Rusiya üçün diplomatik nəticələri olacaq
# 28 avqust 2020 17:57 (UTC +04:00)

"Aleksey Navalnının zəhərlənməsinin dövlət qurumları tərəfindən törədilən sui-qəsd cəhdi olması sübuta yetiriləcəyi təqdirdə bunun Rusiya üçün diplomatik nəticələri olacaq".

APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər nazir Hayko Mass bu gün Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Almaniyanın XİN başçısı bildirib ki, bu, sübut olunarsa, Almaniya Rusiyaya diplomatik sanksiyalar tətbiq edəcək: “Rusiyanın Navalnı məsələsi ilə bağlı açıqlamasına gəlincə, deyə bilərəm ki, biz Tiergartendə törədilən qətl məsələsində davrandığımız kimi hərəkət edəcəyik".

Qeyd edək ki, 2019-cu ilin avqustunda Berlinin Kleiner Tiergarten parkında etnik çeçen olan Gürcüstan vətəndaşının qətlinin araşdırılmasında Rusiya tərəfi əməkdaşlıq göstərmədiyi üçün Almaniya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən xaric etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR