Almaniya Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb

Almaniya Əfqanıstandan qoşunlarını çıxarmağa başlayıb
# 30 aprel 2021 19:31 (UTC +04:00)

Almaniya Əfqanıstandan şəxsi heyətini və hərbi texnikalarını çıxarmağa başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatında bildirilib.

“Bizim tapşırığımız artıq başa çatıb. Bu gündən qoşunların çıxarılmasına başlanılır. Çoxməqsədli hərbi helikopterlərdən kranlara qədər hər şey Almaniyaya daşınır”, - deyə məlumatda bildirilib.

Almaniyanın Əfqanıstandakı hərbi kontingentinin əsasən hərbi təlimçilər olmaqla təxminən 1000 nəfərdən ibarət olduğu bildirilir. Qoşunların çıxarılmasının sentyabradək davam etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR