Almaniyada məktəbliləri daşıyan avtobus ağaca çırpılıb, 13 şagird xəsarət alıb

Almaniyada məktəbliləri daşıyan avtobus ağaca çırpılıb, 13 şagird xəsarət alıb
# 18 avqust 2020 05:16 (UTC +04:00)

Almaniyanın Vilnsdorf şəhərində içərisində 28 şagirdin olduğu avtobus qarşı zolağa çıxaraq ağaca çırpılıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə DPA agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 13 şagird xəsarət alıb. Üç şagird və sürücüsü xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün heç bir təhlükənin olmadığı bildirilib.

Xəsarət alanlara yanğınsöndürmə xidmətinin 50 əməkdaşı tərəfindən yerindəcə yardım göstərilib.

Qəza baş verən ərazidə yol bir neçə saat yol qalıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR