Almaniyalı deputatlar ölkənin AB-dən çıxmasına dair çağırış ediblər

Almaniyalı deputatlar ölkənin AB-dən çıxmasına dair çağırış ediblər
# 12 aprel 2021 03:58 (UTC +04:00)

Almaniyanın “Almaniya üçün alternative” partiyasının üzvlərinin əksəriyyəti ölkənin Avropa Birliyindən çıxması üçün müraciət ediblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Müvafiq açıqlama Drezdendə partiyanın qurultayında verilib. “Dexit” partiyanın 550 üzvü tərəfindən dəstəklənib.

“Fikrimizcə, Almaniya mütləq Avropa Birliyini tərk etməlidir, ortaq maraqları güdən yeni bir Avropa iqtisadi birliyi yaratmaq lazımdır”, - deyə qurultayın qərarında bildirilib.

Eyni zamanda, partiyanın həmsədri Yorq Moyten bu mövqeyə qarşı çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR