Ankara AB ilə sərhədləri açdıqdan sonra Türkiyə-Yunanıstan sərhədində miqrant böhranı böyüyür

Ankara AB ilə sərhədləri açdıqdan sonra Türkiyə-Yunanıstan sərhədində miqrant böhranı böyüyür
# 02 mart 2020 02:07 (UTC +04:00)

Yunanıstan hökuməti qeyri-leqal miqrantlarla bağlı yaranmış vəziyyəti milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir və müvafiq tədbirlər görür.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas Milli Təhlükəsizlik Şurasının təcili iclasından sonra çıxış edib.

Onun sözlərinə görə, “miqrantların hərəkətini Türkiyə istiqamətləndirir və sərhədi keçmələrinə şərait yaradır”.

Bu arada, Avropa Şurasının rəhbəri Şarl Mişel miqrant böhranı fonunda martın 3-də Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakislə birgə ölkənin Türkiyə sərhədinə baş çəkməyi planlaşdırır. Bu barədə Ş.Mişel özünün “Twitter” səhifəsində yazıb.

“Yunanıstanın Avropa sərhədlərini qorumaq səylərini dəstəkləyirik və vəziyyəti yerində yaxından izləyirik. Çərşənbə axşamı Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakislə Yunanıstan-Türkiyə sərhədini ziyarət edəcəm”, - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, Türkiyə AB ilə sərhədləri açdıqdan sonra minlərlə miqrant Yunanıstana keçməyə çalışır. Son 3 sutka ərzində burada təxminən 20 min qeyri-qanuni sərhəd pozuntusuna cəhd edilib. Sərhəddə yüzlərlə polis yerləşdirilib, ordu birləşmələri cəlb olunub.

Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətin gərginləşməsindən sonra artıq miqrant axınını dayandıra bilməyəcəyini deyərək, ölkənin AB ilə sərhədlərini açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR