Avropa Dərman Agentliyi “Sinovac" peyvəndi ilə bağlı qiymətləndirmələrə başlayıb

Avropa Dərman Agentliyi “Sinovac" peyvəndi ilə bağlı qiymətləndirmələrə başlayıb
# 04 may 2021 14:35 (UTC +04:00)

Avropa Dərman Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin istehsalı “Sinovac” peyvəndi ilə bağlı qiymətləndirmələrə başlayıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Avropa Dərman Agentliyi məlumat yayıb.

Bildirilib ki, Avropa Dərman Agentliyinin komitəsinin (CHMP) "Sinovac" peyvəndi ilə bağlı qiymətləndirmələrə başlamaq qərarı laboratoriya və klinik tədqiqatların ilkin nəticələrinə əsaslanır.

Qeyd olunub ki, laboratoriya tədqiqatlarından alınan ilkin məlumatlar orqanizmin immunitet reaksiyası yaratdığını göstərir.

“Agentlik faydaların risklərdən çox olub-olmadığına qərar vermək üçün sınaqlardan əldə olunan məlumatları qiymətləndirəcək. Araşdırma rəsmi marketinq icazəsi üçün kifayət qədər dəlil əldə olunana qədər davam edəcək. Peyvəndin effektivlik, təhlükəsizlik və keyfiyyətlə bağlı Aİ standartlarına uyğunluğunu qiymətləndiriləcək”, - deyə Agentliyin yaydığı məlumatda qeyd olunub.

Qiymətləndirmələrə başlamaq üçün Avropa Dərman Agentliyinə müraciəti  "Life'On S.r.l." təqdim edib.

Ümumdünya Səhiyyə Təşkilatı isə "Sinovac"la bağlı qərarını bu həftənin sonunda açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR