Avropa Komissiyası "AstraZeneca"nı məhkəməyə verib

Avropa Komissiyası "AstraZeneca"nı məhkəməyə verib
# 26 aprel 2021 17:04 (UTC +04:00)

Avropa Komissiyası COVID-19 peyvəndinin tədarükündə yaratdığı gecikmələrlə müqaviləni pozduğuna görə "AstraZeneca" dərman şirkətini məhkəməyə verib.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının sözçüsü bu barədə mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası aprelin 23-də dərman şirkətinə qarşı hüquqi iş qaldırıb və bu addım Aİ-yə üzv 27 ölkənin dəstəyi ilə atılıb.

"Müqavilənin bəzi şərtlərinə hörmət edilməyib və şirkət dozaların vaxtında çatdırılmasını təmin etmək üçün etibarlı bir strategiya ilə çıxış etməyib", Aİ rəsmisi bildirib.

Qeyd edək ki, Aİ bu ilin ikinci yarısında blok ölkələrinə 180 milyon doza peyvəndin verilməsi ilə bağlı "AstraZeneca" ilə müqavilə imzalamışdı. Bununla da "AstraZeneca" şirkəti dekabr (2020)- iyun (2021) ərzində Aİ-yə ümumilikdə 300 milyon doza peyvənd verməli idi. Lakin mart ayında şirkət bu peyvəndin yalnız üçdə birini verəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR