Avropa Komissiyasının işçi heyətinin üzvü koronavirusdan vəfat edib

Avropa Komissiyasının işçi heyətinin üzvü koronavirusdan vəfat edib
# 13 aprel 2020 13:26 (UTC +04:00)

Avropa Komissiyasının işçi heyətinin üzvü koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissyasının Prezidenti Ursula fon der Leyen "Twitter"də bildirib.

"Avropa Komissiyasının işçi heyətinin bacarıqlı və sədaqətli üzvlərindən birinin "COVID-19" virusuna yoluxaraq dünən vəfat etməsi barədə xəbəri paylaşmaqdan çox kədərlənirəm. Onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Dəstəyim və fikirlərim mərhumun Avropa Araşdırma Şurasındakı (ERCEA) və Tədqiqat və İnnovasiya Departamentindəki həmkarlarının yanındadır", Ursula fon der Leyen qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR