Avropa Mərkəzi Bankının sədri 2008-ci il iqtisadi böhranının təkrarlana biləcəyi barədə xəbərdarlıq edib

Avropa Mərkəzi Bankının sədri 2008-ci il iqtisadi böhranının təkrarlana biləcəyi barədə xəbərdarlıq edib
# 11 mart 2020 17:50 (UTC +04:00)

Siyasətçilər koronavirusun yayılmasına qarşı təcili tədbirlər görməsə, Avropanı ciddi iqtisadi şok gözləyir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Mərkəzi Bankının sədri, xanım Kristin Laqard Avropa İttifaqı ölkələrinin liderləri ilə görüşündə bildirib.

Görüşdə iştirak edən mənbə “Bloomberg” agentliyinə K. Laqardın fikirlərini açıqlayıb. Mənbənin sözlərinə görə, Laqard görüşdə liderlərin diqqətinə çatdırıb ki, koordinasiyalı şəkildə addımlar atılmasa, 2008-ci ildə baş vermiş maliyyə böhranını xatırladan ssenarilərin yaşanağı gözlənilir.

“Vaxtında bütün zəruri tədbirlər görülsə, iqtisadi şok müvəqqəti olacaq”, - deyə xanım Laqard bildirib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının martın 12-də iclası keçiriləcək. Bank “superucuz maliyyələşmə” üçün bütün mümkün alətlərin tətbiqinə, likvidliyin təmin olunması və kreditlərin verilməsi imkanlarına baxır.

K. Laqard bildirib ki, bankın hansı qərarı qəbul edəcəyindən asılı olmayaraq, Avropa hökumətlərinin dəstəyi çox vacibdir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR