Avstraliyada ermənilərin təxribatlarına qarşı etiraz aksiyası keçirilib

Avstraliyada ermənilərin təxribatlarına qarşı etiraz aksiyası keçirilib
# 23 iyul 2020 18:20 (UTC +04:00)

İyulun 23-də Avstraliyanın Yeni Cənubi Uels (New South Wales) ştatında yaşayan soydaşlarımız etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, ştatın parlament binasının önündə baş tutan aksiya Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) ve Guney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqlarının dalğalandığı, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarının səsləndirildiyi aksiyada Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi, hərbi obyektlərin və yaşayış məntəqələrinin artilleriya zərbələrinə məruz qoyması nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinin şəhid olması şiddətlə qınanıb. Yeni Cənubi Uels ştatının parlamentindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

Aksiya iştirakçıları dövlətimizə, xalqmıza, ordumuza, eləcə də xarici ölkələrdəki Ermənistan səfirliklərinin və konsulluqlarının qarşısında etiraz səslərini ucaltmaqla xalqımızın haqlı səsini dünya ictimaiyyətinə çatdıran, diplomatik nümayəndəliklərimizin önündə erməni təxribatlarına fədakarlıqla sipər olan azərbaycanlılara dəstəklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR